"Arsenal"ın futbolçusu Martin Edeqor sabiq klubu "Real"da dostluq etməkdə çətinlik çəkdiyini etiraf edib.

Rekord.az xəbər verir ki, bu barədə norveçli yarımmüdafiəçi "TV2"yə açıqlamasında deyib:

"Real"ın birinci və ikinci komandalarında çox çətin dövrlər yaşadım. Amma ən yaxşı oyunçuların əhatəsində olduğum üçün özümü daha da gücləndirdim. "Real" sayəsində irəliləyişə nail oldum. Serxio Ramos və Kriştiano Ronaldodan çox şey öyrəndim. Amma dostluq etməkdə çətinlik çəkdim. Başqalarından daha gənc olanda və başqa ölkədən gələndə çətin olur.

"Real"ın paltardəyişmə otağına mənimlə dost olmaq çətin idi. Çətin idi, amma bu təcrübə sayəsində gücləndim. Bunu keçdiyimə görə şadam".