İspaniyanın “Real” klubunun futbolçusu Tibo Kurtua forma nömrəsini dəyişib.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Belçikalı qapıçı yeni mövsümdə 1 nömrəli formanı geyinəcək. Kurtua ötən mövsüm “Real”da 13 nömrəli formada mübarizə aparırdı.

2019/20 mövsümündə “Real”ın “1 nömrə”si PSJ-dən icarəyə götürülən Alfons Areola idi.