İspaniyanın “Real” klubu müdafiəçisi Naço Fernandes ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin yayına qədər olan yeni sözləşmə imzalanıb.

Naço “Real”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 233 oyuna çıxıb, 12 qola imza atıb.