İspaniyanın “Real” klubu futbolçusu Dani Karvahalın müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
29 yaşlı müdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Karvahal 2013-cü ildən “Real”da çıxış edir.