İspaniyanın “Real” klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Eduardo Kamavinqa sözləşməsinin müddətini uzadıb.

Fransa millisinin üzvü anlaşmasını 2029-cu ilin yayına qədər artırıb.

Kamavinqa 2021-ci ildən “Real”da çıxış edir. 20 yaşlı futbolçu bu komandada 114 oyun keçirib.