“Real”ın U-9 komandası “Villavarde”yə 31:0 hesabıyla məğlub edib.

Rekord.az xəbər verir ki, “kral klubu” rəqibinə hörmət məqsədiylə oyunun nəticəsini rəsmi saytında qeyd etməyib.

Lakin “Villavarde” sosial şəbəkə hesabında oyunun nəticəsini paylaşaraq, “Real”ı tənqid edib.

Paylaşımda bunlar da qeyd olunub: “Aşağı yaş qruplarında qeydə alınan belə nəticələrə qəzəbimizi göstərmək istəyirik.

Böyük klublar aşağı yaş qruplarında belə nəticələrdən çəkinməlidirlər. Bundan başqa, federasiya da liqaların təşkilini yenidən nərdən keçirməlidir”.