İspaniyanın “Real” klubu UEFA Çempionlar Liqasında antirekorda imza atıb.

Rekord.az xəbər verir ki, qrup mərhələsinin 5-ci turda Ukraynada Donetsk "Şaxtyor"una 0:2 hesabı ilə uduzan Madrid təmsilçisi tarixdə ilk dəfə qrup mərhələsinin 5 matçında 9 qol buraxıb.

Zinəddin Zidanın çalışdırdığı komanda daha əvvəl iki dəfə İtaliya "İnter"ini 3:2 və 2:0 hesabı ilə məğlub edib, Almaniyanın "Borussiya" (Münhenqladbax) komandası ilə 2:2 hesablı bərabərə qalıb, "Şaxtyor"a isə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırda “Real” qrupda 7 xalla üçüncü pillədədir.