“Real”ın yarımmüdafiəçisi Karlos Dotor “Selta”ya keçib. 22 yaşlı futbolçu ilə beş illik müqavilə imzalanıb.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi ispaniyalıya təşəkkür edib və uğurlar arzulayıb:

“Real” Dotora təşəkkür edir, ona və ailəsinə karyerasının yeni mərhələsində uğurlar arzulayır”.

Dotor Madrid təmsilçisinin yetirməsidir. Onun adı bir neçə dəfə əsas komandanın iştirak ərizəsinə daxil edilsə də, heç vaxt “kral klubu” ilə rəsmi matçlarda meydançaya çıxmayıb.

İspaniyalı futbolçunun “Real”da debütü 2021-ci ildə “Reyncers”lə baş tutan mövsümöncəsi yoldaşlıq görüşünə təsadüf edib.