“Real”dan ayrıldı, “Valyadolid”lə müqavilə imzaladı
- 17 İyn 2020 16:00
- 606
İspaniyanın “Valyadolid” klubu Madrid “Real”ından ayrılan Xavi Sançeslə rəsmi müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Xəbərdə tərəflərin 4 illik müqaviləyə imza atdığı diqqətə çatdırılıb. 23 yaşlı stoper 2024-cü ilin yayına qədər bu komandanın uğurları üçün çalışacaq.
Qeyd edək ki, Xavi Sançes “Valyadolid”ə mövsümün əvvəlində icarə əsasında keçmişdi.