Bir müddət bundan əvvəl saytımızda Bakıda fəaliyyət göstərən "Real" Madrid futbol məktəbinin 10 yaşlı futbolçusu Hüseyn Əsədzadə haqqında bəhs etmişdik.

Rekord.az xəbər verir ki, həmin bu balaca futbolçu artıq "Vətən" klubunun da seleksiyaçı məşqçilərinin diqqətini cəlb edib və artıq bu kluba cəlb olunub.

İlk məşqçisi Elşad Məmmədov olan balaca istedad hazırda "Vətən"in U-11 komandasında Nasir Nəsirlinin rəhbərliyi altında oynayır. Onun komandası Azərbaycan çempionatının Bakı zonasında mübarizə aparır və 14 komanda arasında liderdi. Kasıb ailədən olmasına baxmayaraq ailəsi Hüseynin yaxşı futbolçu olması üçün bütün imkanlarını səfərbər edib və ondan heç nə əsirgəmir.