Futbol üzrə İspaniya La Liqasının lideri “Real”ın müdafiə və qapı xətti bu mövsüm etibarlı çıxışı ilə diqqət mərkəzindədi.

Rekord.az xəbər verir ki, komanda 23 turdan sonra qapısından cəmi 14 qol buraxıb. Bu, klubun tarixində rekord göstəricidi.

Qeyd edək ki, rəqib qapılarından 44 top keçirən Zinəddin Zidanın komandası La Liqanın vahid lideridi. 52 xala malik “Real”ı əzəli rəqibi “Barselona” izləyir – 49 xal.