“Real” Serxio Reqilonu “Tottenhem”ə satdığı üçün peşmandır.

Rekord.az xəbər verir ki, “kral klubu”nun rəhbərliyi bu transfer səhvini düzəltmək niyyətindədir.

“Real” Serxionu 2020-ci ilin sentyabrında “Tottenhem”ə buraxmışdı.

İndi isə onu yayda almağı planlaşdırılar. Məsələ burasındadır ki, “kral klubu” onu satarkən müqaviləyə müdafiəçini 2 il müddətində almaq hüququnun olması barədə bənd saldırıb.

"Real” 24 yaşlı sol kənar müdafiəçisinə görə 45 milyon avro ödəməyə hazırdır. “Tottenhem” isə onun üçün 35 milyon avro ödəmişdi.