![photo](https://www.rekord.az/storage/uploads/5/186785-n8z1ta03vo.jpg)
"Real"ın daha bir futbolçusu uzun müddətə sıradan çıxdı
- 13 Avq 2023 18:15
- 262
"Real" ciddi itki ilə üzləşib.
Rekord.az "The Atletic"ə istinadən xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Eder Militao sıradan çıxıb.
La Liqanın 1-ci turunun "Atletik"lə (2:0) görüşündə zədə alan müdafiəçi diz bağlarından əməliyyat olunacaq. Onun 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Xatırladaq ki, "Real"ın qapıçısı Tibo Kurtuanın da əməliyyat olunacağı məlumdur. Onun 7-8 ay meydana çıxa bilməcəyi gözlənilir.