"Real"ın futbolçusu 1 ay oynamayacaq
- 27 Okt 2020 13:20
- 655
"Real"ın futbolçusu Naço növbəti matçlarda komandasına kömək edə bilməyəcək.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, La Liqanın 7-ci turunda "Barselona" ilə görüşdə zədələnən 30 yaşlı müdafiəçinin ən azı 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
Qeyd edək ki, Naço bu mövsüm La Liqada 3 matçda 1 sarı vərəqə alıb.