“Real”ın koronavirusa yoluxan futbolçusu Mariano Dias sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb.

27 yaşlı hücumçunun sonuncu koronavirus testinin nəticəsi mənfi olub.

“Real” iyulun 28-də Diasda koronavirusa aşkarlandığını açıqlamışdı.

Dias 2019/2020 mövsümündə “Real”ın heyətində 7 oyun keçirib və 1 qol vurub.