İspaniyanın “Real” klubunun futbolçusu Dani Karvaxal koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

30 yaşlı cinah müdafiəçisinin koronavirus testi pozitiv çıxıb. Karvaxal karantinə alınıb.

Dani Karvaxal 2013-cü ildən “Real”da çıxış edir.