“Real”ın futbolçusu millidə zədələndi
- 07 Sen 2020 19:20
- 763
UEFA Millətlər Liqasının 2-ci turunda Ukrayna yığmasını 4:0 hesabı ilə darmadağın edən İspaniya millisi ciddi itki ilə üzləşib.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi Serxio Reqilon zədələnib
“Real”ın üzvü oyunun 90-cı dəqiqəsində ayaq biləyindən zədə alıb.
Onun vəziyyətinin tibbi müayinədən sonra dəqiqləşəcəyi bildirilir.