Futbol üzrə Norveç yığmasının və Madrid “Real”ının yarımmüdafiəçisi Martin Edeqor bir müddət yaşıl meydanlardan kənarda qalmalı olacaq.

Rekord.az xəbər verir ki, buna 21 yaşlı futbolçunun UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş Şimali İrlandiya yığması ilə oyunda aldığı zədə səbəb olub.

Madrid təmsilçisi rəsmi saytı vasitəsilə futbolçunun zədəsinin ciddi olduğunu və onun bir müddət məcburi istirahət edəcəyini açıqlayıb. Amma Martinin dəqiq nə vaxt sıraya dönəcəyi bildirilmir.

Qeyd edək ki, Edeqor 2015-ci ildən “Real”da olsa da, o dövrdən bəri “Herenven”, “Vitess” və “Real Sosyedad”da icarədə olub. Bu mövsüm isə o, Madrid klubunun uğurları üçün çalışmağa başlayıb.