Madrid “Real”ının hücumçusu Luka Yoviç koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə La Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçudan noyabrın 20-də götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Bu üzdən də o, karantinə alınıb və bir müddət komandadan ayrı qalacaq.

“Real”da son olaraq Eden Hazard və Eder Militaonun koronavirusa yoluxduğu və sağaldığı açıqlanmışdı.