“Real”ın futbolçusunda koronavirus aşkarlandı
- 28 İyl 2020 20:00
- 686
İspaniyanın “Real” klubunun futbolçusu Mariano Diasdan götürülən koronavirus testininin nəticəsi müsbət çıxıb.
Rekord.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Virus aşkarlanan dominikanlı hücumçu dərhal karantinə alınıb. 27 yaşlı forvard bu səbəbdən komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" (İngiltərə) ilə cavab oyununun hazırlıqlarından kənarda qalacaq.
Qeyd edək ki, Madriddə keçirilən ilk qarşılaşmada ingilislər 2:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 7-də Mançesterdə baş tutacaq.