İspaniyanın "Real" klubunun gənc futbolçusu Endrik komandanın sabiq üzvü Raul Qonsalesin rekordunu qırıb.

Rekord.az xəbər verir ki, braziliyalı hücumçu Madrid klubunda qol vuran ən gənc futboloçu ünvanını ələ keçirib.

18 yaşlı hücumçu bunu ötən gün UEFA Çempionlar Liqasında "Ştutqart"la oyunda reallaşdırıb. O, Almaniya klubuna qol vurarkən 18 yaş 58 günündə olub.

Madrid klubunun əfsanəsi isə bunu 1995/1996 mövsümündə 18 yaş 113 günündə olarkən Macarıstan təmsilçisi "Ferentsvaroş"a qarşı oyunda həyata keçirmişdi. R.Qonsales sözügedən görüşdə het-trikə imza atmışdı.

"Real" - "Ştutqart" matçı meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Endrik 90+5-ci dəqiqədə fərqlənib.