"Real"ın futbolçusu Xoselunun "Al-Qarafa" keçidi rəsmiləşib. 

Rekord.az xəbər verir ki, bu barədə Qətər təmsilçisinin saytı məlumat yayıb.

34 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. "Al-Qarafa" Xoseluya görə Madrid klubuna 1,5 milyon avro ödəyəcək.

Ötən mövsüm Xoselu "Real"ın heyətində 49 oyuna çıxıb, 17 qol vurub və 3 qolun ötürməsini edib.