İspaniyanın “Real” klubunun futbolçusu Vinisius Junior UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, 20 yaşlı hücumçu buna sözügedən turnirin qrup mərhələsinin ilk turunda Donetsk "Şaxtyor"una (Ukrayna) 2:3 hesabı ilə uduzduqları görüşdə nail olub.

Braziliyalı forvard 59-cu dəqiqədə meydana daxil olduqdan 15 saniyə sonra qol vurub. Bu, rəsmi statistikaların qeydə alınmağa başladığı 2006/07 mövsümündən sonra rekord sayılır.

Vinisius Junior 2018-ci ildən "Real”ın uğurları üçün çalışır.