İspaniyanın "Real" klubunun futbolçusu Cud Bellingem Kristiano Ronaldonun göstəricisini üstələyib.

Rekord.az xəbər verir ki, 20 yaşlı vinger buna "Osasuna"ya 4:0 hesabı ilə qalib gəldikləri La Liqanın 9-cu tur oyununda dubl etməklə nail olub.

İngiltərəli oyunçu "kral klubu"nun heyətində meydana çıxdığı ilk 10 qarşılaşmada 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Hazırda Səudiyyə Ərəbistanında "Əl-Nəsr"in formasını geyinən Ronaldu 2009-cu ildə ilk 10 görüşdə 10 qol vurub və 1 məhsuldar ötürmə vermişdi.