İspaniyanın “Real” klubu yay transfer pəncərəsi dövründə 5 futbolçusu ilə yollarını ayıracaq.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” koronavirus pandemiyasının təsirini azaltmaq üçün bu addımı atacaq.

Madrid təmsilçisi az şans qazanan 5 futbolçunu – Xames Rodriqes, Qaret Beyl, Mariano Dias, Brahim Dias və gənc futbolçusu Renyeri satmağı hədəfləyir.

Luka Modriç və Marselo isə komandadakı gələcəkləri ilə bağlı son qərarı verməlidir.