“Real”ın sabiq məşqçisi Aytor Karankanın yeni iş yeri bilinib.

Rekord.az xəbər verir ki, 46 yaşlı mütəxəssis “Birmingem” klubunda baş məşqçisilik edəcək.

Bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Karanka ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

İspan mütəxəssis “Birmingem”in baş məşqçi postunda Pep Kloteti əvəzləyib.

Karanka, 2010-2103-cü illərdə “Real”da baş məşqçi Joze Mourinyonun köməkçisi olub. Mütəxəssisin son klubu “Nottingem Forest” olub.