“Real”ın sabiq üzvü irqçiliyə görə cəzalanacaq
- 02 Noy 2019 16:30
- 782
İngiltərənin “Lids” klubunun futbolçusu Kiko Kasilya cəzalandırılacaq.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, buna ispan qapıçının Çempionşipin 9-cu turunun “Çarlton” – “Lids” matçında (1:0) rəqib komandanın konqolu futbolçusu Conatan Lekoya qarşı irqçilik etməsi səbəb olub.
Kasilyanın 8-12 oyunluq diskvalifikasiya olunması gözlənilir. İngiltərə Futbol Assosiasiyası qərarını çərşənbə günü açıqlayacaq.
Kiko Kasilya “Lids”ə bu yay “Real”dan keçib.