“Real”ın sabiq vitse-prezidenti koronavirusdan öldü
- 06 May 2020 13:22
- 529
İspaniyanın “Real” klubunun keçmiş vitse-prezidenti Amador Suares koronavirusun qurbanı olub.
Rekord.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, sabiq funksioner bu xəstəliyə 40 günlük mübarizənin yekununda, 76 yaşında təslim olub.
Suares 2006-cı ildə paytaxt təmsilçisinə direktor, 2007-ci ildə vitse-prezident təyin olunub. 2009-cu ildə isə o, postunu tərk edib.
Qeyd edək ki, martda koronavirus infeksiyasından "Real”ın keçmiş prezidenti Lorenso Sans da dünyasını dəyişmişdi.