
“Real”la matçda zədələnən Sakanın durumu açıqlandı
- 09 Apr 2025 16:00
- 81
“Arsenal”ın baş məşqçisi Mikel Arteta “Real”la oyunda (3:0) zədələnərək əvəzlənən Bukayo Sakanın vəziyyətini şərh edib.
Rekord.az xəbər verir ki, ispaniyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında ciddi bir şeyin baş vermədiyini deyib:
“Sakanın ciddi zədəsi yoxdur, hər şey qaydasındadır. Düşünürəm ki, bu, sadəcə qançırdır”.
23 yaşlı vinger 74 dəqiqə meydanda olub, zədə səbəbindən əvəzlənmək məcburiyyətində qalıb.
“Arsenal” aprelin 12-də Premyer Liqa çərçivəsində “Brentford”la, ardınca dörd gün sonra Madriddə “Real”la cavab matçına çıxacaq.