“Reallıqlarla barışmaq lazımdır” - Azər Bağırov
- 15 Dek 2024 21:00
- 28
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan "Neftçi" ilə oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları matçla bağlı bunları söyləyib:
"Oyuna yaxşı hazırlaşmışdıq. Birinci hissədə etdiyimiz texniki səhvlərdən qapımızda iki qol gördük. İkinci hissədə daha aqressiv oynadıq. Mənə elə gəlir ki, yaxşı mübarizə apardıq. Qol epizodlarımız oldu, çox fərqlənə bilərdik. Matç heç-heçə də yekunlaşa bilərdi. Amma reallıqlarla barışmaq lazımdır. Daha yaxşı hazırlaşmalıyıq. Hər bir vəziyyətə hazır olmaq lazımdır".