“Red Bull” komandalar arasında çempion oldu
- 24 Okt 2022 15:48
- 486
“Formula 1” üzrə ABŞ Qran Prisi keçirilib.
Rekord.az xəbər verir ki, mövsümün 19-cu yarışında qələbəni Maks Ferstapen qazanıb.
Yürüşə “poul” mövqeyindən başlayan Ferstapen sol ön təkərində ilişmə problemindən sonra əsas rəqibləri Lyuis Hemilton və Çarlz Leklerdən geridə qalsa da, trasda əvvəlcə Lekleri, sonra isə Hemiltonu keçərək yarışı qazanmağı bacarıb.
Bununla da Ferstapen cari mövsümdə 13-cü yarış qələbəsini əldə edərək, bir mövsümdə ən çox qalib gələn Mixael Şumaxer və Sebastyan Fettelə çatıb. Ferstappen bu mövsüm geridə qalan 3 yarışdan birində qələbə qazansa, rekordun yeganə sahibi olacaq.
“Redbull” isə 2022-ci ildə komandalar yarışında hamını qabaqlayıb. Bu, “Mercedes”in 2013-cü ildən bəri davam edən 8 illik seriyasının qırılması ilə əlamətdar olub.