Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aris”ə rəqib olan “Neftçi” hazırlığı davam etdirir.

Rekord.az xəbər verir ki, flaqman sabah Türkiyənin Bolu şəhərinə yollanacaq. Komandanın yeni baş məşqçisi Laurentsiu Regekampf artıq özü üçün istiqamət bəlli edib. Rumıniyalı mütəxəssis 2 futbolçunun xidmətində maraqlı deyil. Söhbət hücumçu Mirabdulla Abbasov və yarımmüdafiəçi Fəhmin Muradbəylidən gedir.

Təcrübəli mütəxəssis hər iki futbolçunun komandadan göndərilməsini rəhbərlikdən tələb edib. Adı çəkilən şəxslərə özlərinə yeni klub tapmaları bildirilib. ("Futbol plus")