2020-ci ildə Azərbaycanda “Region Liqası” keçirilməyə bilər.

Rekord.az xəbər verir ki, buna səbəb koronavirus pandemiyasıdır.

İş ondadır ki, son zamanlar Azərbaycanda bu virusa yoluxanların sayı sürətlə artır. Üstəlik, vaksinin tapılması da uzana-uzana gedir. Mütəxəssislər proqnoz verir ki, bu virus ən azı ilin sonuna kimi davam edəcək.  Nəzərə alaq ki, “Region Liqası”nn çevrəsi daha böyükdür və bütün ölkəni əhatə edir. Bu mənada əksəriyyəti Bakı və Abşeronda məskunlaşan 8 komandalı Premyer Liqanı ləğv edən AFFA bütün ölkəni əhatə edən “Region Liqası”nı keçirmək məsuliyyətini heç vaxt boynuna götürməz. Bizə çatan son məlumat da ondan ibarətdir ki, Azərbaycanda pandemiya ilin sonuna qədər davam etsə, o zaman federasiya “Region Liqası”nı bu il keçirməyəcək.