"Region Liqası" qeyri-müəyyən müddətə təxirə salındı
- 03 Noy 2020 12:00
- 645
"Region Liqası"nın qeyri-müəyyən taleyi haqda məlumat vermişdik. AFFA-ya yaxın mənbədən əldə etdiyimiz xəbərə görə, turnirin bu mövsüm üçün təşkili sual altındadır. Artıq məsələyə federasiya tərəfindən də rəsmi açıqlama gəlib. Belə ki, AFFA Region Liqasında yeni mövsümün startını qeyri-müəyyən müddətədək təxirə salıb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun Region Liqası üzrə İşçi Qrupun üzvü Yusif Vəliyev bildirib: “Sözügedən liqada əsasən bölgə təmsilçiləri çıxış edirlər. Bu üzdən yarışda liqada mübarizə aparan komandaların oyunlarına azarkeş marağı böyük olur. Bundan başqa, liqada çıxış edən futbolçular peşəkar status daşımadıqlarından başqa işlərdə də çalışırlar. Belə məqamları nəzərə alıb, Region Liqasının da startını qeyri-müəyyən müddətə təxirə salmışıq. Ancaq onu da bildirim ki, istənilən halda Region Liqasında 2020/21 mövsümü keçiriləcək”. (sportinfo.az)