"Region Liqası"nda maraqlı olay: komanda yoldaşları dalaşdı, hakim hər ikisini qovdu
- 15 Mar 2024 12:00
- 346
"Region Liqası"nın Qazaxda keçirilən "Göyəzən" - "Ağstafa Gəncləri" matçında maraqlı qalmaqal yaşanıb.
Rekord.az xəbər verir ki, ilk hissənin sonunda Ağstafa komandasının iki futbolçusu öz aralarında mübahisə etməyə başlayıb.
Mübahisə böyüyüncə ara lap da qarışıb və görüşün baş hakimi qırmızı vərəqə göstərərək, hər iki futbolçunu meydançadan qovub. Vəziyyət belə olunca, "Ağstafa Gəncləri" matçı 9 nəfərlə bitirməli olub.