"Region Liqası" həvəskar statuslu yarışdı.

Rekord.az xəbər verir ki, burada əsasən həvəskar futbolçular oynadığı üçün maaş da almırırlar.

Hətta elə komandalar var ki, oyuna bir gün qalmış yığışıb məşq edirlər və səhəri gün oyuna çıxırlar. Lakin yenidən fəaliyətini bərpa edən Quba "Şahdağ"nda vəziyyət fərqli olacaq. Əldə etdiyimiz məlumata görə, rəhbrəlik burada futbolçulara maaş verməyi düşünür. Normal heyət  formalaşdırmağı düşünən Quba təmsilçisi əsas heyət üzvləri üçün 350 manat aylıq maaş da nəzərdə tutub.