
"Region Liqası"nda oynayacağı deyilən komandanın gələcəyi sual altına düşdü
- 2023-09-25 14:00
- 333
Bir müddət bundan öncə Sumqayıtın "Uğur" komandasının müəyyən fasilədən sonra yenidən fəaliyyətini bərpa edərək "Region Liqa"da mübarizə aparacağını bildirmişdik.
Lakin Rekord.az-a daxil olan son məlumata görə, vəziyyət bir anda dəyişib.
Maliyyə dayanıqlığı baxımından məsələ tam dəqiqləşmədiyi üçün komandanın çempionatda iştirakı sual altına düşüb. Növbəti həftə məsələyə tam aydınlıq gəlməlidir.