Bu mövsüm "Region liqası"nda çıxış edəcək komandalar üçün maraqlı olan mövzulardan biri də qalib və mükafatçılar üçün pul mükafatının olub-olmayacağı ilə bağlıdır. 


Rekord.az-ın əldə etdiyi məlumata görə, federasiya hələ ki, bununla bağlı hansısa müzakirə aparmayıb. 


Ola bilsin ya, ümumiyyətlə, mükafat olmasın, ya da, ancaq qalib komandaya mükafat verilsin.
Qeyd edək ki, ilk "Region liqası"nda qalibə 10 min, 2-ci yerə 5 min, 3-cü yerə isə 3 min manat mükafat verilmişdi.