"Region Liqası"nı diqqətimizdə saxladığımızdan zaman-zaman bu liqa ilə məlumatlar da toplayırıq. Son məlumat o idi ki, AFFA yarışı yenidən bərpa etmək istəsə də. oynamağa yetərli sayda komanda tapılmır. Oynamaq istəyənlər də federasiyadan maddi və inventar dəstəyi istəyir.

 

Rekord.az-a daxil olan son məlumata görə, məhz bu səbəblərdən sözügedən yarışın nə zaman keçiriləcəyi hələ də naməlum olaraq qalır.

AFFA uşaq liqalarına start verəndən sonra "Region Liqası" ilə bağlı da yekun qərarını verəcək.