"Region Liqası"nda çıxış edən daha bir komanda I Divizonda oynamaq istəyinə düşüb.

Rekord.az xəbər verir ki, söhbət Saatlının "Araz" komandasından gedir.

Bu yaxınlarda B kateqoriyalı məşqçi, "Araz Naxçıvan", "Keşlə", MOİK kimi klublarda iş təcrübəsinə malik Şəhriyar Məmmədovla müqavilə bağlayan Saatlı təmsilçisi rayonun icra başçısı tərəfindən də dəstək alıb. Komandanım divizion tələblərinə cavab verən olimpiya idman kompleksi də var. Hansı ki, I Divizionda çıxış edən "İmişli" ev oyunlarını məhz bu stadionda keçirir. Komanda rəhbərliyi hazırda divizionun tələblərinə uyğun sənədlərin toplanması ilə məşğuldur.