“Region Liqası”nın püşkü atılacaq
- 2019-10-16 20:30
- 968
Oktyabrın 18-də “Region Liqası”nın 2019/20 mövsümünün püşkü atılacaq.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi 4 şəhərdə - Bakıda (AFFA Futbol Akademiyası, saat 16:00), Mingəçevirdə (Gənclər evi, saat 11:30), Ağsuda (Şəhər stadionu, saat 16:00) və Lənkəranda (Olimpiya və İdman Kompleksində, saat 11:30) keçiriləcək.