"Karvan" ciddi problemlə üzləşib.

Rekord.az xəbər verir ki, qış fasiləsi yaranar-yaranmaz bir sıra futbolçular komandanı tərk etdi.

Saytımıza daxil olan məlumata görə, həmin futbolçuların çoxunu rəhbərlik göndərib. Buna səbəb kimi də futbolçuların intizamsızlıq etdiyi göstərilib. Halbuki baş məşqçi Kənan Kərimov bunu istəməyib. Lakin rəhbərliyin qərarına qarşı da çıxa bilməyib. Problem isə odur ki, gedənlərin yerinə futbolçu tapmaq olmur. Qış transfer pəncərəsi, üstəlik, yerli futbolçu qıtlığı. Baş məşqçi hazırda çətin vəziyyətlə üz-üzədir.