Rəhbərlik "Neftçi-2"nin mükafatını vermir
- 18 İyl 2021 11:20
- 715
"Neftçi-2" rəsmiləri klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun tapşırığını yerinə yetirməyib.
Rekord.az xəbər verir ki, I Divizionda çempion titulu qazanan əvəzedici komandanın mükafatlandırılmasına dair göstəriş versə də, idarəçilər buna məhəl qoymayıb.
Aradan 1 ay keçsə də, “Neftçi-2”nin futbolçuları hələ onlara vəd olunan pulu ala bilməyiblər. Məbləğ yenə böyük olsaydı, gənc oyunçuları yandırıb-yaxmazdı.
İş ondadır ki, 64 xalla qızıl medallara sahib çıxan kollektivə vur-tut 10 min manat mükafat ödənilməlidir. (sportinfo.az)