"Qarabağ"a 0:6 hesablı məğlubiyyət "Zirə" rəhbərliyini əməlli-başlı dilxor edib. "Qarabağ" güclüdür və onlara məğlbiyyət faciə sayılmır. Amma bu cür oyun və hesabla...

Rekord.az-a daxil olan məlumata görə klub rəhbərliyi baş məşqçi Zaur Həşimova da qısa zamanda vəziyyəti düzəltməklə bağlı xəbərdarlıq edib.

Nəticədən əlavə son iki turda komandanın  3 futbolçusunun qırmızı vərəqə alması da ciddi nöqsan kimi baş məşqçinin diqqətinə çatdırılıb.