Rəhim Həsənovdan Avroliqa matçında 7 vərəqə, 1 penalti
- 27 Avq 2020 16:30
- 632
Azərbaycanlı FİFA referisi Rəhim Həsənov Avropa Liqasının oyununu idarə edib.
Rekord.az xəbər verir ki, həmyerlimizin rəhbərlik etdiyi hakimlər briqadası 1-ci təsnifat mərhələsində Lüksemburqda yerli "Proqress" və Monteneqronun "Zeta" klubları arasındakı görüşdə iş başında olub.
Lüksemburqluların 3:0 hesablı qələbəsiylə başa çatan matçda Həsənov meydan sahiblərinin 4, qonaqların 3 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan əlavə, o, 55-ci dəqiqədə qonaqların qapısına penalti təyin edib.
Həsənova yan xətt hakimləri Mübariz Haşımov və Pərvin Talıbov kömək edib. Dördüncü hakim funksiyasını isə Elçin Məsiyev yerinə yetirib.