Cari mövsümün uğurlu futbolçularından olan, qısa zamanda milli səviyyəsinə yüksələn "Sumqayıt"ın futbolçusu Rəhim Sadıxovla bağlı maraqlı məlumat əldə etmişik.

Rekord.az-a ötürülən məlumata görə, sözügedən futbolçunun Türkiyənin "Trabzonspor" klubuna baxışa yollanmaq imkanı var.

Deyilənə görə, bu işdə təşəbbüskar da elə "Sumqayıt"ın prezidenti Riad Rəfiyev olacaq. Hansı ki, həmin Rəfiyev bir neçə il öncə Ramil Şeydayevin də Trabzon klubuna gedişində təşəbbüskarlardan biri olmuşdu. Hər şey plan üzrə getsə, Rəhim mövsüm başa çatandan sonra "Trabzonspor"a baxışa yollana bilər.

Sadıxovun "Sumqayıt"la müqaviləsi 2022-ci ilin yayında bitir. Tərəflər arasında 2019-cu ildə 2021-ci ilin yayına kimi müqavilə bağlansa da, bir neçə ay bundan öncə həmin müqavilənin müddəti daha 1 illiyinə uzadılmışdı.