Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuzun formasını geyindiyi "Osasco Voleibol Clube" 7-ci turda "DENTIL PRAIA CLUBE" ilə üz-üzə gəlib.

Səfər qarşılaşması voleybolçumuzun komandası üçün pis başlayıb. İlk setdə məğlub olan qonaqlar sonradan 2:1 hesabı ilə önə keçiblər. Lakin Polina və rəfiqələri bu üstünlüklərini qoruya bilməyiblər. 5 hissə davam edən matçda "Osasco Voleibol Clube" 2:3 (21:25, 25:20, 25:14, 20:25, 12:15) hesabı ilə uduzub.

Komandasının qələbəni son anda əldən verdiyi oyunda voleybolçumuz 19 xal qazanıb. Rəhimova rəqibi 16 dəfə hücumda, 3 dəfə isə blokda fərqlənib.

Qeyd edək ki, hesabın 18 xal olan "Osasco Voleibol Clube" turnir cədvəlində 3-cü yerdə qərarlaşıb.