Rəhimova Braziliyada ordumuza dəstək oldu
- 03 Okt 2020 01:39
- 1221
Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin sabiq üzvü Polina Rəhimova Braziliya klubunun heyətində meydana çıxıb. "Rekord.az" xəbər verir ki, təcrübəli hücumçumuz son günlər cəbhədə baş verən hadisələrlə bağlı ordumuza dəstəyini nümayiş etdirib.
Rəhimova sosial şəbəkə hesabında etdiyi paylaşımında bu sözləri yazıb: "... Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə... ... Şanlı Vətən!!! Azərbaycan!!!
Bu gün katantindən və uzun müddətli fasilədən sonra ilk oyun oldu. Oyuna bayrağımızla çıxmağa icazə verilməsə də, bu gün ölkəmiz üçün oynayıram, necə ki, bizim qəhrəmanlar.
Azərbaycan, mən səninləyəm. Bu gün biz hamımız bir olmalıyıq!!! Hər kəsə sülh arzulayıram, müharibənin əleyhinəyəm".
Qeyd edək ki, Braziliyanın "Sesi" klubunun şərəfini qoruyan Rəhimova cəbhədə vəziyyət gərginləşən gündən sosial şəbəkələrdə fəal şəkildə ordumuza dəstək paylaşımları edir.