Rəhimova çox çalışsa da komandası qələbəni əldən verdi
- 07 Noy 2022 20:58
- 486
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti turun oyunları baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Kuzeyboru" 2-ci tur çərçivəsində "Aydın B.Şehir BLD" ilə qarşılaşıb.
Görüş gərginliyi ilə yadda qalıb. Sıra ilə hərəyə iki set qazanan komandalar oyunun taleyini tay-brekə daşıyıblar. Həlledici hissədə isə "Aydın B.Şehir BLD" daha dəqiq oynayıb. Səfərdə baş tutan matçda Polina və rəfiqələri 2:3 (22:25, 25:18, 22:25, 25:18. 10:15) hesabı ilə məğlub olublar.
Komandasının bir meydandan bir xalla ayrıldığı oyunda hücumçumuz 12 dəfə fərqlənib. Rəhimova bu xallardan 7-ni hücumda, 4-nü eyslə, 1-ni isə blokda qazanıb.