Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliyada növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Sesi" 11-ci turda "Sao Caetano" ilə qarşılaşıb.

Görüş voleybolçumuzun komandasının üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda Polina və rəfiqələri quru hesablı qələbəni bayram ediblər - 3:0 (25:16, 25:18, 25:22).

Komandasının çətinlik çəkmədən qələbə qazandığı görüşdə yığmamızın üzvü qonaqları 17 dəfə məyus edib. Rəhimova buxallardan 15-ni hücumda, 1-ni blokda, 1-ni isə eyslə qazanıb.